KANAL24.AZ
Az Iw En Ru

Tramp ilk bu şəxsi işdən qovacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın işdən qovacağı ilk şəxsin kimliyi məlum olub.

Yanvarın 20-də andiçmə mərasimində sonra vəzifəsinə başlayacaq Tramp təhvil-təslim mərasiminin təhlükəsizliyindən məsul şəxs, Vaşinqton Qarnizonunun komandiri, general-leytenant Errol Şvartsı vəzifəsindən uzaqlaşdıracaq.

“Vaşinqton Post” qəzetinə açıqlama verən Şvarts qərarın ölkə tarixində bir ilk olduğunu deyib. Onun sözlərinə görə, Trampın bu addımı ədalətli deyil:

 “Yanvarın 20-də baş tutacaq təhvil-təslim mərasiminə havadan hərbi helikopterlər nəzarət edəcək, minlərlə təhlükəsizlik işçisi cəlb olunacaq. Bunun üçün aylardır plan hazırlamışıq. Bu mərasimdən sonra vəzifədən uzaqlaşdırılmağım fövqəladə bir hadisədir.

Əsgərlərim həmin gün küçələrdə olacaq. Onları mən göndərəcəyəm, amma qayıtdıqlarında orada olmayacağam. Savaşın ortasında xidmətdən uzaqlaşdırılmağı planlaşdırmamışdım”.

 


22:09 16.01.2017