KANAL24.AZ
Az Iw En Ru

İki maşın toqquşdu:yaralılar var

Sabirabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında rayonun Qarayev kəndində qeydə alınıb.

Yerli sakin, 71 yaşlı Fəzail Mikayıl oğlu Yusubovun idarə etdiyi “Opel” markalı avtomobil hərəkətdə olarkən “Qazel” markalı yük maşını ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


15:41 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər