KANAL24.AZ
Az Iw En Ru

Bakıda avtobus qəzası: 5 avtomobil toqquşdu

Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol qəzası baş verib. 

Xəqani ilə Rəşid Behbudov küçələrinin kəsişməsində (Axundov kitabxanasının qarşısı) "Xaliq Faiqoğlu" şirkətinə məxsus 61 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə "Mitsubishi Pajero" toqquşub.

Nəticədə idarəetmədən çıxan minik avtomobili yolun kənarında dayanmış digər 3 avtomobilə çırpılıb. Avtobus və 4 avtomobil əzilib.
Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb.


20:25 15.01.2017
Xəbər lenti
Bütün xəbərlər