KANAL24.AZ
Az Iw En Ru

Bakıda ölümlə nəticələnən yanğın

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, şəhərin Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli, 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 53 m2 sahədə və ona bitişik tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli, 2 otaqlı evin dam örtüyü 15 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1958-ci il təvəllüdlü İsmayılov Nəriman Vəli oğlunun yanmış meyiti aşkarlanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.


18:54 15.01.2017
Xəbər lenti
Bütün xəbərlər