KANAL24.AZ
Az Iw En Ru

Bərdədə 13 yaşlı oğlanı qətlə yetirən tutuldu - YENİLƏNİB

Bərdədə qətl hadisəsi baş verib.
 
Hadisə rayonun Mirzəcəfərli kəndində olub.
 
Kənd ərazisində fermada yaşayan, Yevlax rayonu Qoyun Binəsi kənd sakini, 1999-cu il təvəllüdlü Mustafalı Tapdıq Əlifəsiyyət oğlu qonşuluqda yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün, 2003-cü il təvəllüdlü Mirzəməmmədov Həsrət Sabir oğlunu döyərək öldürüb.
 
Bərdə Rayon Polis Şöbəsindən APA-ya bildiriblər ki, hadisə yerindən qaçan T. Mustafalı polis tərəfindən yaxalanaraq istintaqa cəlb edilib.
 
T. Mustafalı ilkin ifadəsində yeniyetməni otlaq sahəsinə görə yaranan münaqişə zəminində öldürdüyünü deyib.
 
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb.


01:10 15.01.2017
Xəbər lenti
Bütün xəbərlər