KANAL24.AZ
Az Iw En Ru

Yeniyetməni döyərək öldürdü-Bərdədə

Bərdə rayonunda qətl hadisəsi baş verib. 

Hadisə rayonun Şorkanal ərazisində baş verib.
Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülərək öldürülüb.
Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. 


00:26 15.01.2017
Xəbər lenti
Bütün xəbərlər