KANAL24.AZ
Az Iw En Ru

"Bankomat"ların qənimi saxlanıldı

Paytaxtın Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il yanvarın 29-dan dekabrın 30-dək olan müddətdə banklardan kart vasitəsi ilə pul çıxartmaq istəyən vətəndaşları aldatmış Bakıxanov qəsəbə sakini saxlanılıb. 

Ali təhsil almış, kondisioner ustalığı ilə məşğul olan 30 yaşlı Mübariz Quliyev müxtəlif vaxtlarda bankomatlara yaxınlaşaraq pul çıxara bilməyən vətəndaşlara öz "köməyini" təklif edib. 

Mübariz Quliyevin qurbanları əsasən qadınlar olub. Onun sözlərinə görə, bankomat kartlarından çıxartdığı məbləğlər müxtəlif olub. Ən azı 150, ən çoxu isə 500 manat pul çıxarıb.

İstintaq zamanı müəyyənləşib ki, Mübariz Quliyev Bakı şəhər sakini olan 6 nəfərin ümumilikdə 3300 manat pulunu dələduzluq yolu ilə almaqda, habelə 1 nəfərin bankomat kartından 500 manat pul oğurlamaqda şübhəli bilinir.

Faktla əlaqədar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ona qarşı cinayət məcəlləsinin 178.1 və 177.2.2-ci maddələri ilə cinayət işi başlanıb. Onun digər şəxslərə qarşı da analoji cinayətlər törətməsi istisna edilmir.


23:06 14.01.2017
Xəbər lenti
Bütün xəbərlər