KANAL24.AZ
Az Iw En Ru

Bakıda "JEK" müdürü özünü öldürdü - KÜLLİ MİQDARDA BORCU OLUB

Bu gün Bakıda intihar hadisəsi baş verib.

Şeyx Şamil küçəsi ev 8, mənzil 6 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Cavadov Şakir Ənvər oğlu Salyan şosesi 32 ünvanında Veloparkın ərazisində şam ağacından özünü asaraq intihar edib.

Bildirilir ki, Ş.Cavadov 1 ay əvvələdək Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 144 saylı MKİS-in rəisi işləyib. 1 ay əvvəl isə o, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyində digər vəzifəyə keçirilib. 

Onun müxtəlif şəxslərə külli miqdarda borcunun olduğu bildirilir.


00:51 14.01.2017
Xəbər lenti
Bütün xəbərlər