KANAL24.AZ
Az Iw En Ru

Azərbaycandan olan narkotacir Tiflisdə TUTULDU

Azərbaycan vətəndaşı Gürcüstan paytaxtında qanunsuz narkotik maddə gəzdirmək və istifadə etməkdə şübhəli bilinərək tutulub.

Polis əməkdaşları onun Tiflisdə kirayədə qaldığı mənzilində axtarış aparıblar. Nəticədə tərkibində 21 qram heroin olan 33,42 qram narkotik maddə, eləcə də 4 kapsul "Preqabalin" adlı psixotrop maddə aşkarlanıb.

Həmin şəxs barəsində Cinayət Məcəlləsinin narkotik maddələrin hazırlanması, istehsalı, əldə edilməsi, saxlanılması, daşınması maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti sübut olunarsa, onu 3 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.


23:03 13.01.2017
Xəbər lenti
Bütün xəbərlər