KANAL24.AZ
Az Iw En Ru

Yenə qəza,yenə can itkisi

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ərkivan qəsəbəsində, “Ərkivan dairəsi” deyilən ərazidə qeydə alınıb.

Sürücüsünün kimliyi məlum olmayan 44 BD 497 dövlət nömrə nişanlı, “VAZ-21011” markalı avtomobil idarəetmənin itməsi səbəbindən yolun kənarındakı maneəyə çırpılıb.

Avtomobildə olan sərnişin, sürücünün qohumu olduğu bildirilən 2002-ci il təvəllüdlü Gözəlov Elşad Elşən oğlu ağır xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


19:36 13.01.2017
Xəbər lenti
Bütün xəbərlər