KANAL24.AZ
Az Iw En Ru

DƏHŞƏT:Günün ikinci intiharı Neftçalada baş verdi

Neftçala rayonunda intihar hadisəsi baş verib.

Neftçala rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Aşağı Surra kəndində baş verib. Kənd sakini, 1999-cu il təvəllüdlü Bəşirov Coşqun Ceyhun oğlu kənd ərazisindəki yarımçıq tikilidə özünü iplə asaraq intihar edib.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.


16:59 13.01.2017
Xəbər lenti
Bütün xəbərlər