KANAL24.AZ
Az Iw En Ru

Faiq Ələkbərov: "Müstəqil dövlət həyatı yaşamaq, hələ müstəqil insanlardan ibarət toplum demək deyildir"

Kanal24.az xəbər verir ki, yanvarın 17-də Hədəf Oxucu Klubu kitabevim-də tarixçilər, ziyalıların (dr. Dilavər Əzimli, dr. Faiq Qəzənfəroğlu, dr. Mübariz Ağalarov, dr. Fərəh Hüseyinov, dr. Şamil Sadiq, dr. Ceyhun Bayramlı, dr. Nazim Hüseynov) iştirakı ilə "Şah İsmayıl Gecəsi" adlı tədbir keçirib.

Tədbirdə Səfəvilər dövrü tarixi və Şah İsmayılla bağlı tarixçilərimizin araşdırmaları izləyicilərə təqdim olundu. Eyni zamanda Sufi Ozan Fəxrəddin Salim saz ifasında Dirili Qurbani divanilərindən parçalar oxudu.

Gecədə çıxış edən fəlsəfə doktoru Faiq Ələkbərov bildirib ki, Sovet dövründə bəlli bir tarix ve tarixi şəxsiyyətlər formalaşdırıldı: "Əgər indi yeni tarix yazılırsa, yeni tarixi şəxsiyyətlər formalaşdırılırsa, burada həssas olmaq lazimdır. Müstəqil dövlət həyatı yaşamaq, hələ müstəqil insanlardan ibarət toplum demək deyildir. Tarixi mövcud olan hakimiyyətlərin istəyinə görə deyil, millətimizin ve dövlətimizin fəaliyyətinə görə yazmalı və yaratmalıyıq. Aydınlar-ziyalılar dövlətin vƏ millətin maraqlarının ifadəçisi olmalıdır, hakimiyyətlərin deyil.... Tarix, mədəniyyət Millətin tarixi və mədəniyətidir, hər hansı hakimiyyətin deyil. Milli tarix, milli mədəniyyət yaratmaq istəyiriksə bir az cəsarət, bir az fədakarlık lazımdır deyə, F. Ələkbərov bildirib.

 
 
  •  


08:01 18.01.2015
Xəbər lenti
Bütün xəbərlər