KANAL24.AZ
Az Iw En Ru

Jurnalistə 2 il 6 ay iş kəsildi

Jurnalist Əfqan Sadıqov həbs edilib.

Bu haqda vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, işə Cəlilabad Rayon Məhkəməsində baxılıb:
"Əfqan Sadıqov Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi".

Vəkil hökmün əsassız olduğunu iddia edərək Əfqan Sadıqovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının barəsində tənqidi yazılarına görə tutulduğunu qeyd edib. O, hökmdən apellyasiya şikayəti verəcəyini açıqlayıb.
 
Ə.Sadıqov Cəlibadda fəaliyyət göstərən Azel.Tv saytının rəhbəridir.(modern.az)


00:06 13.01.2017
Xəbər lenti
Bütün xəbərlər