KANAL24.AZ
Az Iw En Ru

Evində yanaraq can verdi-Şəmkirdə

Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb.

FHN-nin saytının xəbərinə görə,1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. 

 Evin qalan hissəsi yanğından mühafizə olunub.


16:59 12.01.2017
Xəbər lenti
Bütün xəbərlər