KANAL24.AZ
Az Iw En Ru

Uşaqlarda sinədə xırıltının səbəbləri və müalicəsi

Xırıltının səbəbi bronxlarda yaranan zəifləmədir. Bu səbəbdən də, qəbul edilən və verilən hava fit səsinə oxşar bir səs çıxarmağa başlayır.

Uşağınızın bu halda oksigen qəbulunu artırmaq üçün daha sürətli və daha sıx bir şəkildə nəfəs almağa başladığını fərq edə bilərsiniz.

Xırıltılı nəfəs almaq birdən çox əlamətlə birlikdə yarana bilər:

- Uşaqdakı nəfəs sayının artması

- Uşağın daha çox nəfəs almaq üçün burnunun açılıb bağlanması

- Eyni səbəbə görə qabırğa əzələləri ətrafındakı əzələlərin yumşalması

Uşaqlarda xırıltı adətən viruslu infeksiyalar mənşəli olduğundan, yaxın təmasdan çəkinməli, evdə tez-tez əllər yuyulmalıdır. Ev mühiti təmiz saxlanılmalı, siqaret tüstüsü, kimyəvi hava çirkləndiricilər olmamalı, otağın rütubəti 40-45 dərəcə, temperatur 22-24 dərəcə arasında olmalıdır. Maye qəbulunu artırmaq, burun və boğaz sekresiyalarını təmizləmək təklif edilir.

Öskürək uşağın yuxusuna, qidalanmasına təsir edirsə, sürətli nəfəs alıb verirsə, temperaturu varsa, tez-tez öskürüb sonra keçirsə, yüngül başlayıb getdikcə şiddətlənirsə həkimə mütləq müraciət edilməlidir. Viruslu infeksiya mənşəli xəstəliklər yoluxucu olduğu üçün uşaqlarda xırıltı varsa, lazımi tədbirlər görülməlidir.


03:04 09.01.2017
Xəbər lenti
Bütün xəbərlər