KANAL24.AZ
Az Iw En Ru

Obameyanq ən bahalı futbolçu ola bilər

Almaniyanın "Borussia" (Dortmund) klubunun hücumçusu Pyer-Emerik Obameyanq dünyanın ən bahalı futbolçusuna çevrilə bilər.

Goal.az xəbər verir ki, Çin təmsilçisi "Shanghai SİPG" qabonlu forvarddan ötrü 150 milyon avro təklif edib.

Obameyanq təklifi qəbul etsə, həftəsinə 800 min avro alacaq ki, bu da ildə 41 milyon avro edir. Hazırda ən bahalı oyunçu Karlos Teves sayılır. Argentinalı hücumçu dekabrın sonlarında "Boca Juniors"dan "Shanghai Shenxua"ya keçib. 32 yaşlı forvard həftəsinə 720 min avro qazanır.


18:03 05.01.2017
Xəbər lenti
Bütün xəbərlər