KANAL24.AZ
Az Iw En Ru

Şimali Koreya diktatoru amerikalıları qorxuya salıb

Dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreyanın diktatoru Kim Yunq Un-un son zamanlar səsləndirdiyi bəzi bəyanatlar amerikalıları qorxuya salıb. Burada söhbət əsasən, Şimali Koreya ilə düşmən mövqedə olan Cənubi Koreyada yaşayan amerikalılardan  gedir. 
 
Bu ölkədə yaşayan ABŞ vətəndaşları Şimali Koreyadan istənilən an gələ biləcək hücumu nəzərə alaraq, artıq xüsusi təlimlərə başlayıblar. ABŞ mütəxəssisləri Kim Yonq Unun hücumu başladığı ərəfədə Cənubi Koreyadan qaçmağın beş üsulunu öz həmvətənlərinə tədris etməyə başlayıblar.
 
Qeyd edək ki, məxsusi olaraq, ABŞ vətəndaşlarının belə bir təlimə başlamaları Şimali Koreyanın gənc diktatorunun son zamanlar səsləndirdiyi bəyanatların nəticəsidir.

17:36 05.01.2017
Xəbər lenti
Bütün xəbərlər