KANAL24.AZ
Az Iw En Ru

Tramp Şimali Koreyanın nüvə probleminin qayğısına qalmalıdır - ABŞ MKİ rəhbəri

"Başda prezident Donald Tramp olmaqla yeni ABŞ administrasiyası Şimali Koreyanın nüvə probleminin qayğısına qalmalıdır."

Bunu PSB televiziya kanalına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bildirib.

“Düşünürəm ki, gələn administrasiya Şimali Koreya ilə əlaqəli kifayət qədər qayğılı olmalıdır. Onlar ballistik raketlərinin potensialını inkişaf etdirməkdə davam ediblər və Kim Çen Inın (Şimali Koreya lideri - red.) söylədiyi kimi, hətta qitələrarası ballistik raketlərini də inkişaf etdiriblər.", - Brennan söyləyib.

Onun fikrincə, Şimali Koreyanın fəaliyyəti region ölkələri və ABŞ-a təhdid kəsb edir.

O, bununla əlaqədar Şimali Koreyanın son iki il ərzində hərəkət etdiyi inkişaf trayektoriyasını dəyişmək lazım olduğunu hesab edir: "Bu prosesdə dünyanın müxtəlif ölkələri, o cümlədən Çin iştirak etməlidir."

Bundan əvvəl KİV-də verilən məlumata əsasən, Şimali Koreya lideri Kim Çen In Yeni il müraciətində rəsmi Pxenyanın qitələrarası ballistik raket sınağına hazırlaşdığını bəyan edib.


17:11 05.01.2017
Xəbər lenti
Bütün xəbərlər