KANAL24.AZ
Az Iw En Ru

Alman bankı ABŞ-a 95 milyon dollar - cərimə ödəyəcək

Almaniyanın "Deutsche Bank"-ı ABŞ-a vergidən yayındığına görə 95 milyon dollar cərimə ödəyəcək.

Xarici KİV-in verdiyi məlumata görə, bu barədə ölkənin ədliyyə nazirliyi məlumat yayıb.

"Hökümət "Deutsche Bank"ı vergidən yayınmağını boynuna almağı və 95 milyon dollar cərimə ödəməyə məcbur edib", - məlumatda deyilir.

Qeyd olunur ki, bank 2000-ci ildə saxta şirkət işlətməklə ABŞ-ın vergi qanunvericiliyini adlamaq istəyib.


16:59 05.01.2017
Xəbər lenti
Bütün xəbərlər