Uqandada qarşısına çıxan inək ilə toqquşmadan yayınmağa cəhd göstərən sərnişin avtobusunun sürücüsü digər avtomobillərə çırpılıb.
"France Press"in verdiyi məlumata görə, qəza nəticəsində azı 14 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, 8 nəfər hadisə yerində ölüb, 6 nəfər isə xəstəxanada.