KANAL24.AZ
Az Iw En Ru

Qəza enişi etmiş təyyarə hava limanının işini iflic etdi

Çərşənbə günü səhər saatlarında Kalininqradın “Xrabrovo” hava limanında uçuş-eniş zolağının buz bağlaması üzündən Moskvadan gəlmiş sərnişin təyyarəsi sürüşərək zolaqdan çıxıb və hava gəmisinin ön şassisi sınıb.

Qar topasına ilişərək dayanmış təyyarəni sərnişinlər və heyət üzvləri hava doldurulmuş traplar vasitəsilə tərk ediblər.

Sonradan məlum olub ki, Kalininqrad hava limanında qəzaya uğramış təyyarəni çəkib anqara apara biləcək texnika yoxdur. Bu səbəbdən artıq 12 saatdan çoxdur ki, hava limanı işini dayandırıb, onlarla reys təxirə salınıb.

Hazırda Baltik dəniz donanmasının təqdim etdiyi texniki vasitələrlə təyyarənin təxliyyəsinə başlanıb


06:41 05.01.2017
Xəbər lenti
Bütün xəbərlər