KANAL24.AZ
Az Iw En Ru

Ağ Ev narahatdır:Bu ləğv ölkədə xaos yaradacaq

Səhiyyə islahatının ləğvi ölkədə xaos yaradacaq.

RİA Novosti agentliyinin  verdiyi xəbərə görə, bunu prezident Barak Obamanın mətbuat katibi Coş Ernest bəyan edib.
 
"İslahatı ləğv edənlər onun yaratdığı xaosa görə məsuliyyət daşıyacaq. "Obamacare"-nin ləğvi bütün ölkədə dağıdıcı fəsadlar törədəcək. Demokrat Partiyası bunu dəstəkləmir və dəstəkləməyəcək", deyə C.Ernest bildirib.
 
Onun sözlərinə görə, islahatın ləğvi ABŞ-da 22 milyon insanı səhiyyə sığortasından təcrid edəcək.
 
Bu gün  ABŞ-ın yeni seçilən vitse-prezidenti Mayk Pens bəyan edib ki, Donald Trampın prezident vəzifəsində atacağı ilk addım "Obamacare" kimi tanınan icbari tibbi sığortanın ləğvi olacaq.


06:37 05.01.2017
Xəbər lenti
Bütün xəbərlər