KANAL24.AZ
Az Iw En Ru

BMT-nin 2 sülhməramlısı öldürüldü

Mərkəzi Afrika Respublikasında BMT sülhməramlılarına hücum nəticəsində iki hərbçi ölüb, daha iki nəfər yaralanıb.

Hadisə ölkənin cənub-şərqində yerləşən Bria şəhərində baş verib. Silahlı dəstə BMT-nin avtomobil karvanını müşayiət edən sülhməramlılara hücum edib. İki mərakeşli hərbçini öldürən və digər iki nəfəri yaralayan dəstə üzvləri hadisə yerindən qaçmağa nail olublar.

Öldürülən hərbçilər BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə beynəlxalq missiyasının (MİNUSKA) üzvləridir.


05:02 05.01.2017
Xəbər lenti
Bütün xəbərlər