KANAL24.AZ
Az Iw En Ru

Bacısını daşla öldürən qardaş danışdı: "Sümüklərini dənizə atdım" - YENİLƏNİB

21:34

Lənkəranda 4 il əvvəl bacısı Təranə Ağayevanı öldürərək Nərimanabad 1 qəsəbəsi ərazisində basdırdığını deyən Ağayev Fuad Polad oğlunun göstərdiyi yerdə qazıntı işləri aparılıb və meytin qalıqları tapılmayıb. 

Lənkəran Rayon Prokurorluğu meyitin ekskumasiya olunması haqda qərar verib.

Ekskumasiyada Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin ekspertləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Amma F.Ağayevin göstərdiyi yerdən T.Ağayevaya aid heç bir qalıntı tapılmayıb. 

F.Ağayev hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşlarına bildirib ki, meyiti həmin ərazidə basdırıb. Amma iki il keçəndən sonra qəbiri təkrar açaraq sümükləri oradan çıxarıb və dənizə atıb.

Faktla bağlı araşdırmalar davam edir.

-----------

15:43

Qardaşı tərəfindən 4 il öncə qətlə yetirilmiş Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın meyitinin eksqumasiya prosesi həyata keçirilib.

Prosesdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis-prokurorluq əməkdaşları, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinin həkim-ekspertləri iştirak ediblər. Lənkəran Rayon Prokurorluğu mərhumun meyitinin basdırıldığı yerdən çıxarılmasına,ekspertizadan keçirilməsinə qərar verib. Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən  T.Ağayevanın meyiti aşkarlanmayıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

---------

15:28

Lənkəranda 4 il əvvəl itkin düşən qadının qardaşı tərəfindən öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2012-ci il iyunun 17-də Lənkəran sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxıb və geri qayıtmayıb.

Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və meyitin evinin yaxınlığında basdırılması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.

Meyitin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.

Araşdırma aparılır.


04:39 05.01.2017
Xəbər lenti
Bütün xəbərlər