KANAL24.AZ
Az Iw En Ru

Dünyanın sonuna 9 ay qaldı - ŞOK PROQNOZ

Kosmosla əlaqədar araşdırmalar aparan və “Planet X - The 2017 Arrival” kitabının müəllifi olan sui-qəsd nəzəriyyəçisi Devid Mead dünyanın sonu ilə əlaqədar maraqlı açıqlamalar verib.

O, 2017-ci ilin oktyabrında dünyanın sonunun gələ biləcəyini deyib.

Sui-qəsd nəzəriyyəçisi hesab edir ki, Yer kürəsi oktyabr ayında sirli və nəhəng bir bir göy cismi ilə toqquşa bilər. O, “Günəşin əkizi” adlandırdığı nəhəng bir ulduzun Yer kürəsinin cənub qütb nöqtələrinə doğru irəliləməkdə olduğunu bildirib.

Devidin sözlərinə görə, ulduz planetimizə doğru irəliləyən və “Planet X” də adlandırılan Nibiru da daxil olmaqla, “yeddi göy cismi”ni özü ilə gətirəcək. O hesab edir ki, Nibirunun cazibə qüvvəsi yüzlərlə il əvvəl digər planetlərin orbitlərini pozub.

Ancaq elm dünyası Nibirunun mövcudluğunu qəbul etmir. NASA tərəfindən də Nibirunun varlığı rədd edilib.


22:20 04.01.2017