Bayram günü, dekabrın 31-də elektrik cərəyanı faciəyə səbəb olub.
Şəmkir rayon sakini İlham Namazov Seyfəli kəndi ərazisində transformator təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yaşayan Əsma Məmmədova da evində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.