KANAL24.AZ
Az Iw En Ru

Hansı vitamin çatışmazlığı hansı xəstəliyə yol açır?

C vitamini çatışmazlığı orqanizmdə kollagen quruluşda pozuntulara yol açır: C vitamininin bədənimiz üçün əhəmiyyətli bir antioksidant olduğunu qeyd edən mütəxəssislər, bu vitaminin yaşıl bibər, çiyələk, cəfəri, yaşıl tərəvəzlər, portağal kimi tərəvəz və meyvələrdə tapıldığını söylədilər.

Sümük əriməsinin başlıca səbəbi D vitamini çatışmazlığıdır: Mütəxəssislər D vitamininin ən mühüm mənbəyinin günəş şüaları olduğunu və bu şüalar sayəsində bədənimizdə bu vitaminin yarandığını bildiriblər. D vitamini çatışmazlığında yaşlılarda sümük əriməsi, uşaqlarda isə böyümə pozuntuları görüldüyünü söylədilər.
Göz quruluğu A vitamininin çatışmazlığının əlamətidir: A vitamini çatışmazlığının göz quruluğuna səbəb olduğunu açıqlayan tədqiqatçılar, narahatlığın irəliləməsinin korluğa səbəb ola biləcəyini bildirib. Diş və sümük quruluşunun qorunmasında təsirli olan A vitamininin yerkökü kimi sarı və narıncı rəngli tərəvəzlərdə bol miqdarda olduğu bildirilir.
 
Hüceyrələrin təbii qoruyucusu: E vitamini: Antioksidant xüsusiyyəti sayəsində xərçəng daxil olmaqla bir çox xəstəliyə qarşı təbii qoruyucu vəzifəsini icra edən E vitamini təbii bitki yağlarında, badam, qoz və günəbaxan kimi ərzaqlarda bol miqdarda mövcuddur.


04:27 04.01.2017
Xəbər lenti
Bütün xəbərlər