KANAL24.AZ
Az Iw En Ru

Hepatit xəstələri dövlət hesabına müalicə olunur

Son 2 il ərzində Səhiyyə Nazirliyi nəzdində viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya fəaliyyət göstərir.

Bu barədə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov məlumat verib. Onun sözlərinə görə, Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar. Hazırda 4122 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır.


05:40 03.01.2017
Xəbər lenti
Bütün xəbərlər