KANAL24.AZ
Az Iw En Ru

Jurnalist kürd silahlılari tərərfindən həbs edildi

İraqda İŞİD-lə hökumət qüvvələrinin döyüşlərini işıqlandıran yapinoyalı jurnalist Kosuke Suneoka kürd döyüşçüləri tərəfindən həbs olunub.

“Federal xəbərlər agentliyi”bildirir ki, bu barədə Yaponiya hökumətinin təmsilçisi Yoşihide Suqa məlumat verib.

Mənbənin sözlərinə görə, Yaponiya səfirliyi İraqdakı kürd hökumətindən jurnalistlə görüş imkanının yaradılmasını xahiş edib. Bu istiqamətdə danışıqlar aparılır.

Yaponiyanın “Kyodo News” agentliyinin stringerin onlar üçün Mosulda aparılan döyüşlərlə bağlı material hazırladığını təsdiq edib.

Jurnalistin nəyə görə həbs edilməsi məlum deyil.


05:34 03.01.2017
Xəbər lenti
Bütün xəbərlər