KANAL24.AZ
Az Iw En Ru

Prezidentin baş müşaviri GİZLİ PLANIN ÜSTÜNÜ AÇDI: “Onlar Türkiyəni yox edərək...”

“Suriya və Yaxın Şərqdə yeni bir xəritə çəkiləcəksə, masada Türkiyə də olacaq”.

Bunu ölkə prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

“Terror baronlarının ilk hədəfi Türkiyədir. Beşiktaşdakı gecə klubunda törədilən terror aktı da bu baronların işidir. Terror baronları Türkiyənin problemli bir ölkə olması barədə fikrini yaratmağa çalışır, eyni zamanda Türkiyənin qarşısını terrorla kəsmək istəyirlər. Amma bacara bilməyəcəklər. Türkiyənin Suriyada sahəyə enməsi onların planlarını pozdu. Bu cür təxribat xarakterli hərəkətlərlə Türkiyəni yolundan geri döndərməyə çalışırlar. Onlar bunu bilsinlər ki, Suriyada yeni bir xəritə çəkiləcəksə, masada Türkiyə də olacaq”, - deyə o bildirib.

Müşavir hazırkı şərtlərin yüz il bundan əvvəlki şərtlərə çox bənzədiyini qeyd edib: “Xüsusilə son bir ildə Türkiyəyə qarşı terror hücumlarının sayı artdı. PKK, FETÖ, İŞİD və digər terror təşkilatların hamısı eyni məqsəd üçün güllə atır. Hamısının hədəfi cənab prezidentimiz Ərdoğanın üzərindən Türkiyə dövlətini və millətini yox etməkdir. Amma bu millət hər şeyin fərqindədir. İyulun 15-də lazım olanı etdilər. Milyonlarla insan küçələrə töküldü və bu ölkənin azad gələcəyinə sahib çıxdı. Çünki bu millət II Əbdülhəmidi qurban verdikdən sonra Osmanlının yıxıldığını gördü”.


00:33 03.01.2017
Xəbər lenti
Bütün xəbərlər