KANAL24.AZ
Az Iw En Ru

NATO-dan Türkiyə ilə bağlı gözlənilməz qərar

İstanbuldakı gecə klubuna edilən hücum səbəbilə bu gün NATO-nun Baş Qərargahındakı bayraqlar yarıya endiriləcək. 
 
İstanbuldakı 39 nəfərin öldüyü 69 nəfərin isə yaralandığı terror hadisəsindən sonra NATO da hərəkətə keçib. Bu gün NATO-nun Baş Qərargahındakı bayraqlar yarıya endiriləcək. Bayraqların yarıya endirilməsini NATO-nun Baş Katibi Jens Stoltenberq təklif edibi. Stoltenberq üzv ölkələrə "Müttəfiq Türkiyədəki terror aktından sonra həyatını itirənlərin xatirəsinə NATO qərargahının şərəf meydanındakı üzv ölkələrin bayraqları ilə İttifaqın rəmzi bayrağının yarıya endirilməsini təklif edirəm" deyib.
 
NATO üzvü olan bütün ölkələr də Türkiyə ilə həmrəylik içərisində olmaq məqsədilə Stoltenbergin təklifini səs birliyi ilə qəbul ediblər. Bayraqlar 2 gün ərzində yarıya endirilmiş şəkildə qalacaq.

23:12 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər