Türkiyənin İzmir şəhərinin Aliağa qəsəbəsində yerləşən poladəritmə zavodunda partlayış baş verib.
Partlayış zamanı zavodda çalışan işçilər olub.
Partlayış nəticəsində 1-i ağır olmaqla, ümumilikdə 4 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım avtomobilləri və vertolyotla xəstəxanalara yerləşdirilib.
Hazırda partlayış baş vermə səbəbləri araşdırılır.