KANAL24.AZ
Az Iw En Ru

Axsel Vitsel hansı kluba keçir?

"Zenit"in yarımmüdafiəçisi Aksel Vitsel uzun müddətdir "Juventus"un maraq dairəsindədir.

İtaliya mətbuatında belçikalı futbolçunun Kannavaronun çalışdırdığı "Tianjin Quanjian" və ya "Shanghai SIPG" klubuna keçəcəyi yazılır. "Corriere dello Sport" transferin 20 milyon avroya baş tutacağı, onun məvacibinin 18 milyon avro olacağını qeyd edir. Goal.az xəbər verir ki, məsələyə münasibət bildirən Vitselin agenti Alen Qoble futbolçunun mövsümün sonuna kimi Peterburq klubunda qalacağını açıqlayıb.

"Heç bir rəsmi sənəd, müqavilə imzalamışıq. Vitsel müqaviləsinin sonuna kimi "Zenit"də qalmaq arzusundadır. Bunu bir neçə deyib, mən də onu dəstəkləyirəm".

Qeyd edək ki, Vitsel 2012-ci ildə "Benfica"dan 40 milyon avro qarşılığında "Zenit"ə gəlmişdi.


19:15 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər