KANAL24.AZ
Az Iw En Ru

İniesta: "Messi titul mübarizəsinin əvəzolunmaz komponentidir

"Barcelona"nın yarımmüdafiəçisi Andres İniesta mövsümün geridə qalan hissəsi ilə bağlı fikirlərini bildirib.

Goal.az xəbər verir ki, təcrübəli futbolçu bütün cəbhələrdə iddialı olduqlarını qeyd edib.

"Bizim komandamız istənilən titul uğrunda mübarizə apara bilər. Ümid edirəm ki, vəzifəmi yerinə yetirmək və azarkeşləri sevindirmək üçün zədələrdən qaçıb futboldan həzz alacam. Çempionlar Liqasında yenidən qalib olmaq gözəl olardı. Həm də ardıcıl 3-cü dəfə İspaniya çempionu olmaq istəyirik. Yanvar və fevral ayları ağır keçir. Çempionluq mübarizəsindən qopmamaq üçün maksimum diqqətli olmalıyıq.

Messi unikal futbolçudur. Leo titul mübarizəsinin əvəzolunmaz komponentidir".


06:16 02.01.2017
Xəbər lenti
Bütün xəbərlər