KANAL24.AZ
Az Iw En Ru

"Xəyallar başa çatanda emosiyalar üzə çıxır"

Xəbər verdiyimiz kimi Çezare Prandelli "Valensiya"nın baş məşqçisi postndan gedib.

İtalyan mütəxəssis bunun səbəbini rəhbərliyin verdiyi sözü tutmaması ilə əlaqələndirib.

"Xəyallar başa çatanda emosiyalar üzə çıxır. Klub prezidenti Peter Lim mənə söz vermişdi ki, yanvarda 4 yeni futbolçu transfer olunacaq. Amma dekabrın 29-da plan dəyişdi. Ya Simone Zaza, ya da bir yarımmüdafiəçi transfer etmək qərara alındı. Bir sözlə, 4 futbolçu sayı 1-ə endirildi. Dekabrın 27-ə qədər Zazanı heyətdə görmək istədiyimi çatdırmışdım. Amma məzuniyyətdən qayıdandan sonra bunu görmədim".


08:12 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər