KANAL24.AZ
Az Iw En Ru

2016-cı ildə futbol və idman dünyasının itkiləri

Goal.az 2016-cı ildə dünyasını dəyişmiş məşhur idmançıları xatırlayır 

Eysebio. Portuqaliya futbolunun əfsanəsi yanvarın 5-də 71 yaşında gözlərini həyata əbədi yumdu. "Qara pantera" ləqəbli eks hücumçu 1965-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilmişdi.

Yohan Kruyff. Holandiya və dünya futbolunun əfsanəsi martın 24-də dünyasını dəyişdi. Ağciyər xərçəngindən əziyyət çəkən 68 yaşlı "uçan holland" Barselonada vəfat edib. Kruyffun vəfatından sonra "Ajax"ın ev oyunlarını keçirdiyi "Amsterdam Arena"ya onun adının verilməsi müzakirə olunur.

Patrik Ekenq. "Dinamo Bucharest"də forma geyən kamerunlu futbolçu mayın 7-də keçirilən oyun zamanı dünyasını dəyişmişdi.

Məhəmməd Əli. Əfsanəvi boksçu tənəffüsündə yaranan problem səbəbindən bir müddət Finkis şəhəri (Arizona ştatı) xəstəxanalarından birində müalicə olunurdu. O, iyunun 4-də 74 yaşında dünyasını dəyişdi.

Stiven Keşi. Nigeriya millisinin eks baş məşqçisi iyunun 7-də 54 yaşında ürək tutmasından vəfat etdi. Onun rəhbərliyi altında "superqartallar" 2013-cü il Afrika Millətlər Kubokunun qalibi olmuşdu.

Maykl Umanyika. Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mübarizə aparan "Zaqatala" klubunun futbolçusu Maykl Umanyika avqustun 15-də məşq zamanı vəfat etdi.

Joao Avelanj. FİFA-nın eks prezidenti avqustun 16-da 100 yaşında dünyasını dəyişdi. Braziliyalı funksioner uzun müddət pnevmoniyadan əziyyət çəkirdi. O, 2014-cü ilin iyun və 2015-ci ilin noyabrında çətinliklə nəfəs aldığına görə klinikaya yerləşdirilmişdi.

Çezare Maldini. "Milan"ın əfsanələrindən olan Çezare Maldini ömrünün 85-ci baharında aprelin 3-də dünyadan getdi. Paolo Maldininin atası uzun illər "rossoneri"nin şərəfini qorumuş və Avropanın ən yaxşı mərkəz müdafiəçilərindən biri olmuşdu.

Karlos Alberto Torres. Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torres oktyabrın 25-də 72 yaşında vəfat etdi. 2004-2005-ci illərdə Azərbaycan millisini də çalışdıran mütəxəsis uzun müddətdir ki, ürək-damar xəstəliyindən əziyyət çəkirdi.

Şəhriyar Xəlilov. 25 yaşlı azərbaycanlı futbolçu Gəncə futbolunun yetirməsi olan, “Qəbələ” və “Xəzər Lənkəran”da oynamış Şəhriyar Xəlilov noyabrın 27-də ürək tutmasından dünyasını dəyişdi.

Şehmus Özer. "Amed Sportif"in 36 yaşlı futbolçusu Şehmus Özer dekabrın 21-də avtomobil qəzasında həlak oldu. Karyerası ərzində "Malatyaspor", "Kayserispor", "Karşıyaka", "Akhisar Belediyespor" kimi klubların şərəfini qoruyan Özer 2014-cü ildən "Amed Sportif"də çıxış edirdi.

"Chapecoense"nin faciəsi. “Chapecoense” klubu Cənubi Amerika kubokunun finalında "Atletico Nacional"la qarşılaşmaq üçün Kolumbiyaya getməli idi. Bu səfər klubun əksər futbolçuları üçün sonuncu oldu. Təyyarənin Medelyin şəhəri ətrafında qəzaya uğraması nəticəsində sərnişinlərin 81 nəfərdən 77-si həlak olmuşdu. Hadisə qurbanları araısnda vaxtilə "Xəzər Lənkəran”da oynamış Tieqo de Jezuş və "İnter”in sabiq üzvü Filipe Maçadoda vardı. Bu qəzadan "Chapecoense"nin cəmi 2 üzvü - Alan Ruşel və Neto sağ qalmışdı.


06:48 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər