KANAL24.AZ
Az Iw En Ru

""İbrahimoviçin zədələnməsi fəlakət olardı"

"Manchester United"in baş məşqçisi Joze Mourinyo Zlatan İbrahimoviçlə İspaniyada qollarını sıralayan Ronaldo və Messini müqayisə edib.

Goal.az xəbər verir ki, portuqal mütəxəsis isveçli ulduzun daha az penalti vurmaq imkanı qazandığını bildirib.

"İbrahimoviçin zədələnməsi fəlakət olardı. Amma bu futboldur. Onun qolları mənim üçün sürprizdir. İspaniya Primerasında Messi və Ronaldo penaltidən də çox qol vurur. Onların qol hesabını penaltilərlə artırmaq üçün yaxşı imkanları var. Zlatanın isə 18 oyunda cəmi 1 penalti qolu var. Burda qol vurmaq asan deyil. Yanvarda daha bir hücumçu almayacağıq. Heyətdə Runi, Reşford, Zlatan və Marsial var. Qarşıda çox oyunlar var. Amma "Manchester United" səviyyəsində boşda olan hücumçu azdır. Bəlkə də, bu məsələ yayda həll olunar".


05:47 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər