Tehranın "Mehrabad" hava limanında sərnişin təyyarəsi eniş edən zaman yanıb.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Bəzi KİV-lərin məlumata görə, təyyarə təcili eniş edərkən alışıb.
Hadisə yerinə yanğın söndürmə briqadaları cəlb olunub.
Hazırda yanğının söndürüldüyü bildirilir.
İnsident nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.