KANAL24.AZ
Az Iw En Ru

Putin və Ruhani telefonla danışdı

Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putin və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında telefon danığı olub.

"RİA Novosti"yə istinadən xəbər veririk ki, iki ölkənin liderləri Suriyada atəşkəs haqqında sazişi və Astana danışıqlarına hazırlığı müzakirə ediblər.

Prezidentlər Suriya böhranının birdəfəlik həlli məqsədilə səylərin sıx əlaqələndirilməsini davam etdirmək qərarına gəliblər.


04:31 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər