KANAL24.AZ
Az Iw En Ru

Uşaqların xətrinə dəyən orkestr rəhbəri qovuldu

İtalyan dirijor Cakomo Loprienonun yeni il şənliyinin sonunda uşaqlara Şaxta babanın real həyatda olmadığını deməsi ona baha başa gəlib.

İnsident musiqili teatrda tamaşa göstərilən zaman baş verib.

Çıxışın sonunda uşaqlar onların sevimli personajlarını canlandıran aktyorları təbrik etmək üçün səhnəyə yaxınlaşıb. Bu zaman Loprieno mikrofonu götürərək “Əslində Şaxta baba real həyatda yoxdur” deyib.

Dirijorun bu sözləri uşaqları kədərləndirib və valideynləri də qəzəbləndirib.

Bu narazılığın auditoriyası genişlənib və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Nəticədə şənliyin təşkilatçıları orkestrin rəhbərini qovmaq qərarına gəlib.


03:51 01.01.2017
Xəbər lenti
Bütün xəbərlər