KANAL24.AZ
Az Iw En Ru

"Fərat qalxanı"əməliyyatı terrorçuları zərərsizləşdirməyə davam edir

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Fərat qalxanı" antiterror əməliyyatı davam edir.

Anadolu agentliyinin  verdiyi məlumata görə, əməliyyat çərçivəsində 23 İŞİD terror qruplaşmasının üzvü məhv edilib.

Məlumata əsasən, Bab, Sulfaniya, Kəbr əl-Mülki, Bzaqa, Tadif və Abu Cabbar rayonlarında İŞİD-in 12 hədəfi məhv edilib.

Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı bu ilin avqust ayının 24-dən aparılır.


22:44 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər