KANAL24.AZ
Az Iw En Ru

"Zadəgan"lar yeni hücumçu "ovunda"

İngiltərənin "Çelsi" klubu heyətini "Suonsi"nın ispan hücumçusu Fernando Liorente  ilə gücləndirmək istəyir.

"zadəganlar" qış transfer dönəmində 31 yaşlı oyunçunu heyətə cəlb etmək fikrindədilər. Buna səbəb Mişi Batşuayinin əsas hücumçu Dieqo Kostaya layiqli əvəzləyici ola bilməməsidir. Londonluların baş məşqçisi Antonio Konte İspaniya millisinin üzvü ilə "Yuventus"da birgə çalışdığından, keçmiş tələbəsinin komandaya xeyir verəcəyini düşünür.


21:20 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər