KANAL24.AZ
Az Iw En Ru

Alan Uilyams dünyasını dəyişib

ABŞ-da "The Beatles" qrupunun ilk meneceri Alan Uilyams 86 yaşında dünyasını dəyişib.

"BBC"nin verdiyi məlumata görə, Uilyams 1960-1961-ci illərdə "The Beatles" qrupunun meneceri işləyib. O, qrupun Britaniyada və Hamburqda baş tutan ilk iki konsertini təşkil edib.

1961-ci ildə Alan Uilyamsla "The Beatles" qrupunun yolları ayrılıb və 1962-ci ilin yanvar ayında qrup Brayan Epşteynlə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Alan Uilyams bu barədə hətta memuar yazıb: "Alan Uilyams: "The Beatles" qrupunu itirən adam".


18:16 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər