KANAL24.AZ
Az Iw En Ru

Musiqi festivalında faciə - 60 nəfər xəsarət aldı

Avstraliyanın Lorn şəhərində keçirilən musiqi festivalında izdiham yaranması nəticəsində azı 60 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Rusiya mətbuatı xəbər verir ki, insident “DMA” rok-qrupunun ifasından sonra, tamaşaçıların qonşu səhnəyə keçmək istədikləri zaman baş verib.

Məlumata əsasən, xəsarət alanlardan 19 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlardan 13-ü qadın, 6-sı kişidir. Hadisə səbəbindən konsert yarımçıq dayandırılıb


17:20 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər