KANAL24.AZ
Az Iw En Ru

Trampdan Putinə tərif dolu sözlər

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya prezidentinin rəsmi Vaşinqtonun addımlarına  cavab olaraq amerikalı diplomatların ölkədən çıxarılmamasına dair qərarını alqışlayıb.

Bu barədə D.Tramp özünün "Tvitter" hesabında yazıb.

"Putin çox gözəl hərəkət edib. Mən həmişə bilirdim ki, o, çox ağıllı adamdır", Tramp qeyd edib.
 
Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. Ağ Ev və ABŞ Dövlət Departamenti Putinin qərarı ilə əlaqədar şərh verməkdən imtina edib.


16:51 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər