İstanbulda Maltepe ərazisində yerləşən restoranlardan birinin yaxınlığında güclü partlayış baş verib.
Hadisə yerinə polis əməkdaşları gəlib. Ərazi nəzarətə götürülüb və hadisə yerinə partlayıcı qurğu mütəxəssisləri cəlb olunub.
Xəsarətsiz ötüşən partlayışın baş vermə səbəbləri araşdırılır.