KANAL24.AZ
Az Iw En Ru

Səddamın ölümündən ötən 10 il - Astronomik savaş xərci

Son 10 ildə ABŞ-ın Yaxın Şərqdə hərbi fəaliyyəti bu ölkəyə 6 trilyon dollara başa gəlib.

Bu sözləri rusiyalı politoloq Aleksandr Krolenko “RİA Novosti”yə açıqlamasında deyib.

“BMT-nin sanksiyaları ilə qarşılaşmayan İraq müharibəsi qeyri-qanuni idi. Suveren dövlətə qarşı həyata keçirilən hücum idi. Bu savaş 5 min amerikalı əsgərin ölümü, 10 mindən çoxunun isə yaralanmasına və şikəst qalmasına səbəb oldu”, - Krolenko bildirib.

O qeyd edib ki, Vaşinqtonun fəaliyyəti İraqa nə demokratiya, nə də sülh gətirib:

“11 sentyabr hücumlarından sonra ABŞ yeni təhlükəsizlik strategiyası çərçivəsində milli mənafeyi üçün dünyanın bir hissəsinə müharibə elan etdi. Əfqanıstandan sonra İraq ikinci hədəf seçildi”.

Xatırladaq ki, bu gün İraqın sabiq lideri Səddam Hüseynin asılaraq edam edilməsindən 10 il ötür. 


06:57 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər