KANAL24.AZ
Az Iw En Ru

TBBM sədri əməliyyat olundu

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanın səhhəti qəfil pisləşib. O dərhal Ankaradakı klinikaların birinə yerləşdirilib.

Geniş müayinələrdən sonra spikerin əməliyyat olunması məsləhət görülüb. Elə dünən axşam saatlarında prezident Rəcəb Tayyib Ərdoğan xəstəyə baş çəkib, ona “keçmiş olsun” deyib. Bir neçə saat əvvəl isə o, əməliyyat masasına qaldırılıb.

Bu barədə məlumat verən ölkənin Səhiyyə naziri Rəcəb Akdağ, əməliyyatın uğurla keçdiyini bildirib. Spikerin səhhətindəki problemin nə olduğu isə dəqiq açıqlanmır.


05:54 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər