KANAL24.AZ
Az Iw En Ru

Nəhənglər arasında münasibətlər yaxşı olsa,hamı bundan bəhrələnəcək

 "Suriya münaqişəsi birbaşa və ya dolayı yolla terrorçulara dəstək verən Avropalı ölkələr tərəfindən ortaya çıxarılıb".

Suriya prezidenti  Bəşər Əsəd İtaliyanın “İl Giornale” qəzetinə açıqlamasında belə deyib. O bildirib ki, Avropanın Suriyaya qarşı tətbiq etdiyi sanksiyalar və terrorçulara verilən dəstək ölkədəki münaqişəni daha da dərinləşdirir. Avropadan mövqeyini dəyişməsini tələb edən Əsəd, dünyada sülh və əmin-amanlığın ABŞ-Rusiya münasibətlərindən asılı olduğunu bəyan edib:

“Dünyanın iki böyük dövləti arasında münasibətlər yaxşı olarsa, Suriya daxil olmaqla dünyanın bir çox ölkəsi bundan faydalana bilər. Beləliklə, Suriyadakı böhran da həllini tapa bilər”.


05:46 31.12.2016
Xəbər lenti
Bütün xəbərlər