KANAL24.AZ
Az Iw En Ru

İlin sonunda daha bir məşhur vəfat etdi

İsveçrəli məşhur velosipedçi Ferdi Kübler 97 yaşında vəfat edib.

“Le mond” xəbər verir ki, 1950-ci ildə “Tour de France”ın qalibi olan idmançı uzun müddət idi Surixdəki xəstəxanada müalicə alırdı. Həkimlərin səyinə baxmayaraq əfsanəvi idmançı ötən axşam gözlərini əbədi yumub. 1951-ci ildə velosipedçilər arasında dünya çempionu olan Kübler, karyerası ərzində saysız-hesabsız titullar qazanıb. 38 yaşında idmançı karyerasına son qoyan Kübler, 1983-cü ildə İsveçrədə “əsrin  idman adamı” tituluna layiq görülüb.


23:49 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər